...

“Qızıl Əlcək” İdman Klubu 2012-ci il üçün hesabat tədbiri keçirib (FOTO)

İdman Materials 28 Dekabr 2012 15:03 (UTC +04:00)
İndiyədək bir sıra yerli və beynəlxalq çempionatlarda ciddi uğurlar əldə etmiş “Qızıl Əlcək” İdman Klubu dekabrın 27-də 2012-ci ilin yekunlarına həsr olnumuş hesabat tədbiri keçirib.
“Qızıl Əlcək” İdman Klubu 2012-ci il üçün hesabat tədbiri keçirib (FOTO)

İndiyədək bir sıra yerli və beynəlxalq çempionatlarda ciddi uğurlar əldə etmiş "Qızıl Əlcək" İdman Klubu dekabrın 27-də 2012-ci ilin yekunlarına həsr olnumuş hesabat tədbiri keçirib.

Tədbirdə məşqçi və idmançı heyəti ilə yanaşı kluba sponsorluq edən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin rəhbərliyi, həmçinin fəxri qonaq qismində dünya və olimpiya çempionu Fərid Mansurov iştirak ediblər.

Hesabat iclasını giriş sözü ilə açan klubun vitse-prezidenti Oqtay Mehdiyev kulubun 2012-ci il ərzində əldə edilən medallar və mükafatlat barədə məlumat verib. O, ötən dövr ərzində "Qızıl Əlcək" idmançılarının ümumilikdə - 41-i daxili, 34-ü beynəlxalq olmaqla 75 medal qazanıblar. Onlardan 35-i qızıl, 18-i gümüş, 22-si bürüncdür.

Tədbirdə "Qızıl Əlcək" Klubunun baş məşqçisi Rəhim Allahverdiyev, karate və cüdo idman növləri üzrə məşqçilər, həmçinin, klubun ən məhsuldar idmançısı Şaban Şahpələngov çıxış ediblər. Onlar klubun uğurlarında əməyi olan bütün rəsmi instansiya və qurumlara, o cümlədən "Akkord" Korporasiyasına minnətdarlıqlarını bildiriblər. Olimpiya Çempionu Fərid Mansurov da klubu 2012-ci ildə qazandığı nailiyyətlərlə təbrik edib.

Tədbirdə "Akkord" Korporasiyasının Direktorlar Şurasının Sədri, baş ditrektoru Xaqani Quluzadə də çıxış edib. O, klubun xalqımız üçün fiziki və mənəvi cəhətdən sağlam vətəndaşlar, hər bir həmvətənimiz üçün qürur mənbəyi olan idmançılar yetişdirmək kimi vacib işinin əhəmiyyətini vurğulayıb. Baş direktor builki uğurların Ölkə Prezidenti tərəfindən 2012-ci ilin "İdman ili" kimi elan edilməsi ilə məntiqi bağlılığına da diqqət çəkib.

Sonra tədbirdə "Qızıl Əlcək" Klubunun ən yaxşılar üçün təsis etdiyi illik mükafatlar təqdim olunub. Klubun baş məşqçısı Rəhim Allahverdiyev "İlin məşqçisi", boksçu Şaban Şahpələngov "İlin idmançısı" elan edilib. Bundan başqa, məşqçi və idmançı kollektivi adından "Akkord" Korporasiyasının baş direktoru Xaqani Quluzadəyə xatirə hədiyyəsi təqdim edilib. Öz növbəsində, Korporasiya adından olimpiya çempionu Fərid Mansurova da xatirə plaketi hədiyyə olunub.

Tədbirin sonunda bütün klub üzvlərinə "Akkord"un yeni il hədiyyələri təqdim olunub və xatirə şəkli çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti