...

"İnter" şəriksiz liderdir

İdman Materials 11 Fevral 2013 17:58 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasının 19-cu turuna yekun vurulub.
"İnter" şəriksiz liderdir

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının 19-cu turuna yekun vurulub.

Trend-in məlumatına görə, turun sonuncu oyununda "Xəzər Lənkəran" doğma meydanda paytaxt təmsilçisi "İnter"i qəbul edib.

Matçda ilk 2 qol qonaqlardan gəlib: 5-ci dəqiqədə Asif Məmmədov, 30-cu dəqiqədə isə Baçana Sxadadze fərqlənib.

52-ci dəqiqədə Uğur Pamuk fərqi azaldıb. Lakin düz 20 dəqiqə sonra Samir Zərgərov hesab arasındakı fərqi yenidən 2 topa yüksəldib. 83-cü dəqiqədə "Xəzər Lənkəran"ın heyətində Ağabala Ramazanov fərqlənib (2:3). Bu, matçda vurulan son qol olub.

Beləliklə, "İnter" 37 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

10 fevral (bazar)

"Qəbələ" - "Qarabağ" - 1:1
"Bakı" - "Sumqayıt" - 1:1

9 fevral (şənbə)

AZAL - "Simurq" -1:1
"Rəvan" - "Turan" - 2:0
"Kəpəz" - "Neftçi" - 0:3

Məqalədə:
Xəbər lenti

Xəbər lenti