...

Ramin Musayev: "İnter" komandasının oyunçuları döyüldüyünə görə "Qarabağ" cəzalandırılacaq

İdman Materials 4 Mart 2013 10:47 (UTC +04:00)
Bazar günü Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"la "İnter" arasında keçirilən Premyer Liqanın 22-ci turunun oyunundan sonra "İnter"in futbolçularının döyülməsi faktı pislənilir.pislənilir. Bunu bazar ertəsi Trend-ə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Ramin Musayev: "İnter" komandasının oyunçuları döyüldüyünə görə "Qarabağ" cəzalandırılacaq

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Bazar günü Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"la "İnter" arasında keçirilən Premyer Liqanın 22-ci turunun oyunundan sonra "İnter"in futbolçularının döyülməsi faktı pislənilir. Bunu bazar ertəsi Trend-ə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Musayev bildirib ki, baş verən insidentə görə "Qarabağ" komandası cəzalandırılacaq.

"Dünyanın hər yerində belə hadisələr olur. Amma sözsüz ki, baş verən insident arzuolunmaz hadisədir. Heç kəs belə hadisələrin olmasının tərəfdarı deyil. İdmanda mübahisə də olur, qalmaqal da olur, hər şey olur. Qəbul edən komanda çalışmalıdır ki, qonaq komandanı lazımi qaydada qarşılasın və yola salsın. Bu da "Qarabağ" komandasının öhdəsinə düşür. Ona görə də "Qarabağ" komandası sözsüz cəzalanacaq", Musayev bildirib.

PFL prezidenti "Qarabağ" klubuna hansı cəza növü tətbiq ediləcəyi barədə məlumat verməyib.

Qeyd edək ki, oyundan sonra "İnter" komandasının bəzi oyunçuları mülki şəxslər tərəfindən fiziki təzyiqə məruz qalıb. Mülki şəxslər arasında "Qarabağ" komandasının kapitanı Rəşad Sadıqovun qardaşı da olub.

İnsidentə səbəb "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla hələ oyunun gedişində "İnter"in braziliyalı hücumçusu Robertinyo arasında toqquşma olub.

İnsident zamanı "İnter" klubunun bir neçə oyunçusu xəsarət alıb.

"İnter"in baş direktor müavini Səbuhi Səfiyarlı Trend-ə bildirib ki, futbolçular paltardəyişmə otağına gedərkən mülki geyimli şəxlərin hücumuna məruz qalıb. O, konkret olaraq Robertinyoya bir neçə zərbə endirildiyini deyib. Onun sözlərinə görə, bundan başqa, "İnter"in futbolçularından Fuad Bayramov, Nizami Hacıyev də xəsarət alıb.

Oyundan sonra Rəşad Sadıqovun qardaşının da polis tərəfindən saxlanıldığı bildirilir.

Bu insidentlə bağlı "İnter"in baş məşqçisi Kaxaber Szadadze oyundan sonra keçirilən mətbuat konfransına qatılmayıb. O, bunu futbolçularının fiziki təzyiqə məruz qalması ilə əlaqələndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti