...

Beynəlxalq Olimpiya Akademiyası güləşin olimpiya oyunlarından çıxarılmasına kəskin etiraz edib

İdman Materials 7 Mart 2013 10:58 (UTC +04:00)
Beynəlxalq Olimpiya Akademiyası güləş idman növünün olimpiya oyunlarından çıxarılmasına kəskin etirazını bildirib.
Beynəlxalq Olimpiya Akademiyası güləşin olimpiya oyunlarından çıxarılmasına kəskin etiraz edib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/

Beynəlxalq Olimpiya Akademiyası güləş idman növünün olimpiya oyunlarından çıxarılmasına kəskin etirazını bildirib. Trend-in məlumatına görə, Bakıda səfərdə olan Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos Bakıda cümə axşamı jurnalsitlərə bildirib ki, güləşin olimpiya oyunlarından çıxarılması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə etiraz məktubu göndərilib.

"Güləş Olimpiya Oyunlarının tarixində qədim rola malik olan idman növüdür. Biz bütün səylərimizi güləşin həmin olimpiya oyunlarının siyahısında saxlanılmasına yönəldəcəyik",- Kouvelos deyib.

O qeyd edib ki, Azərbaycan idman tarixində güləşin müstəsna rolu var. Azərbaycan güləşdən xeyli sayda medal qazanıb.

Qeyd edək ki, BOK güləş idman növünün 2020-ci il Olimpiya Oyunları siyahısından çıxarmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti