...

Azərbaycan boksçuları Avropa çempionatına optimal heyətlə yollanır

İdman Materials 27 May 2013 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend/

İyunun 1-də Belarusun paytaxtı Minskdə boks üzrə böyüklər arasında növbəti Avropa çempionatı start götürəcək.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, milli komandamız baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yarışda tam heyətlə çıxış edəcək. Heyətdə son Olimpiya Oyunlarının bürünc mükafatçıları Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91+ kq), eləcə də Avropa çempionu Salman Əlizadə ilə (49 kq), qitə çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev də (64 kq) var.

Bir sözlə, millimizin heyətini tam optimal saymaq olar. Qeyd edək ki, boksçularımız əvvəlcə Qırğızıstanda - İsıkkul gölü sahilində ümumi fiziki hazırlıq keçiblər. Daha sonra isə Kiyevdə - Konça Zaspa Olimpiya Mərkəzində bir neçə ölkənin boksçuları ilə birgə toplanışda iştirak ediblər.

Xatırladaq ki, 2011-ci ildə Ankarada keçirilən Avropa çempionatında Salman Əlizadə və Teymur Məmmədov qızıl, Heybətulla Hacəliyev isə bürünc medal qazanmışdılar.

Azərbaycan milli komandasının heyəti

49 kq - Salman Əlizadə
52 kq - Elvin Məmişzadə
56 kq - Samir Məmmədov
60 kq - Elvin İsayev
64 kq - Heybətulla Hacəliyev
69 kq - Tamerlan Abdullayev
75 kq - Soltan Migitinov
81 kq - Rauf Rəhimov
91 kq - Teymur Məmmədov
91+ kq - Məhəmmədrəsul Məcidov

Qeyd edək ki, 75 kq çəki dərəcəsində dəyişiklik edilə bilər. Belə ki, Soltan Migitinovun ailəsinə bu günlərdə faciə üz verib. Qaz partlaması nəticəsində boksçunun azyaşlı uşağı dünyasını dəyişib. Həyat yoldaşı və digər 2 uşağı isə hazırda xəstəxanadadır. Azərbaycan Boks Federasiyası bununla bağlı Migitinova və onun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Avropa çempionatının təqvimi

1 iyun

07.00-09.00 - Çəki mərasimi
08.30-09.00 - Hakimlər üçün tibbi müayinə
11.00-12.00 - Püşkatma mərasimi
15.00-18.00 - Təsnifat mərhələsinin döyüşləri
19.00-19.30 - Açılış mərasimi
19.30-22.00 - Təsnifat mərhələsinin döyüşləri

2 iyun

14.00-18.00 - Təsnifat mərhələsinin döyüşləri
19.00-22.00 - Təsnifat mərhələsinin döyüşləri

3 iyun

14.00-18.00 - Təsnifat mərhələsinin döyüşləri
19.00-22.00 - Təsnifat mərhələsinin döyüşləri

4 iyun

14.00-18.00 - ¼ final mərhələsinin döyüşləri
19.00-22.00 - ¼ final mərhələsinin döyüşləri

5 iyun

14.00-18.00 - ¼ final mərhələsinin döyüşləri
19.00-22.00 - ¼ final mərhələsinin döyüşləri

6 iyun

İstirahət günü

7 iyun

14.00-18.00 - Yarımfinal mərhələsinin döyüşləri
19.00-22.00 - Yarımfinal mərhələsinin döyüşləri

8 iyun

14.00-19.00 - Final döyüşləri. Mükafatlandırma mərasimi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti