...

Kriştianu Ronaldu “Real”la müqaviləni uzatmaqdan imtina edib

İdman Materials 4 İyun 2013 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Madrid "Real"ının hücumçusu Kriştianu Ronaldu klubla müqaviləni uzatmaqdan imtina edib. Trend-in məlumatına görə, bu barədə "İnterfax" agentliyi xəbər yayıb.

Onun qüvvədə olan müqaviləsinin müddəti 2015-ci ildə bitir, lakin madridlilər onu 2018-ci ilə qədər uzatmağa hazır idilər. Lakin futbolçu bildirib ki, "Real" belə addımları yalnız qarşıdakı klubun prezident seçkilərində Florentino Peresin şanslarını artırmaq üçün atır.

Daha əvvəl məlumat yayılıb ki, 28 yaşlı futbolçu uğrunda İngiltərənin "Mançester Yunayted" və Fransanın "Pari Sen-Jermen" klubları mübarizə aparmaq niyyətindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti