...

Braziliya finala yüksəldi

İdman Materials 27 İyun 2013 03:56 (UTC +04:00)
FİFA Konfederasiyalar Kubokunun yarımfinal mərhələsinin oyunlarına start verilib.
Braziliya finala yüksəldi

Azərbaycan, Bakı, 27 iyun /Trend/

FİFA Konfederasiyalar Kubokunun yarımfinal mərhələsinin oyunlarına start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə Braziliya yığması doğma meydanda Uruqvay millisi ilə qarşılaşıb.

Mançın 14-cü dəqiqəsində uruqvaylı hücumçusu Dieqo Forlan penalti zərbəsindən yararlana bilməyib. Onun zərbəsini braziliyalı qapıçı Julio Sezar dəf edib.

Oyunda ilk qol ev sahiblərindən gəlib - 41-ci dəqiqədə Fred fərqlənib. 48-ci dəqiqədə Edinson Kavani hesaba tarazlıq gətirib. Paulinyonun 86-cı dəqiqədə vurduğu (2:1) qol isə Braziliyanı finala aparıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda İspaniya və İtaliya yığmaları üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti