...

Azərbaycan güləşçiləri Avropa çempionatına yola düşüblər

İdman Materials 1 İyul 2013 10:40 (UTC +04:00)
Güləş üzrə gənclərin Avropa çempionatı Makedoniyada keçiriləcək.
Azərbaycan güləşçiləri Avropa çempionatına yola düşüblər

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İzzət/

Güləş üzrə gənclərin Avropa çempionatı Makedoniyada keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, iyulun 2-dən 7-dək Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək. Proqrama əsasən, iyulun 2-3-də yunan-Roma, 4-5 iyulda gənc qızlar, 6-7 iyul tarixində isə sərbəst güləş yarışları keçiriləcək.

Yunan-Roma güləşi üzrə yarışlarda ölkəmizi Ramiz Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Hacımurad Bağmanov (74 kq), Orxan Nuriyev (84 kq), Əli Həsənov (96 kq) və Abbas Abdullayev (120 kq) təmsil edəcəklər. Komandaya böyük məşqçi Şaban Donat və məşqçi Akif Əliyev rəhbərlik edəcəklər.

Avropa çempionatında iştirak edəcək gənc qızlar böyük məşqçi Arif Fərmanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Makedoniyaya yollanacaqlar. Heyətdə Sahilə Ələkbərova (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq), Yarina Dubovska (55 kq), Alyona Kolesnik (59 kq), Darya Korin (63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıblar.

Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komanda böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çempionatda iştirak edəcək. Heyətdə Ruslan Qasımov (50 kq), Ruslan Surxayev (55 kq), Əhmədnəbi Qvarzatilov (60 kq), Hacımurad Ömərov (66 kq), Bəxtiyar İsrafilli (74 kq), Orxan Şərifov (84 kq), Səid Həmidov (96 kq) və Ali Maqomedabirovun yer alacaqları gözlənilir.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti