...

Azərbaycanlı hakim UEFA Avropa Liqasının oyununu idarə edəcək

İdman Materials 3 İyul 2013 16:22 (UTC +04:00)
FIFA referisi Anar Salmanov yeni təyinat alıb.
Azərbaycanlı hakim UEFA Avropa Liqasının oyununu idarə edəcək

Azərbaycan, Bakı, 3 iyul /Trend/

FIFA referisi Anar Salmanov yeni təyinat alıb.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Mladost Podgorica" (Monteneqro) - "Videoton" (Macarıstan) cütünün qalibi ilə Slovakiyanın "Senica" komandası arasında iyulun 25-də keçiriləcək qarşılaşmanın baş hakimi Anar Salmanov olacaq.

Ona Yaşar Abbasov və Namiq Hüseynov kömək edəcəklər. 4-cü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti