...

"PSJ" Kavaniyə görə 40 milyon avro, həmçinin İbrahimoviçi təklif etməyə hazırdır

İdman Materials 4 İyul 2013 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir E.Tanrıverdiyev/

Fransanın "PSJ" klubu hücumçu Zlatan İbrahimoviçi İtaliyanın "Napoli" klubunun hücumçusu Edison Kavani ilə dəyişməyə, həmçinin uruqvaylının transferinə görə 40 milyon avro ödəməyə hazırdır. Bu barədə Trend Goal.com saytına istinadən məlumat verir.

Kavaninin meneceri parislilərin idman direktoru Leonardo ilə görüşüb. Daha əvvəl bildirilirdi ki, İbrahimoviçlə Fransa klubunun yeni baş məşqçisi Loran Blan arasında problemlər yaranıb.

Xatırladaq ki, uruqvaylı futbolçu ilə İngiltərənin "Çelsi" və "Mançester Siti" klubları da maraqlanırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti