...

Almaniya azərbaycanlıları yeni idman klubu yaradıb

İdman Materials 12 İyul 2013 12:43 (UTC +04:00)
Almaniyanın Maqdeburq şəhərində “Odlar Yurdu” Boks İdman Klubu təsis edilib.
Almaniya azərbaycanlıları yeni idman klubu yaradıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.Mehdiyev/

Almaniyanın Maqdeburq şəhərində "Odlar Yurdu" Boks İdman Klubu təsis edilib.

Trend-in məlumatına görə, Dünya Azərbaycan Gənclər Birliyinin (DAGB) Almaniyadakı nümayəndəliyinin dəstəyilə yaradılan yeni idman klubunun rəhbəri hazırda İBO-İnternational, İBO-İnterkontinental və İBF-Avropa versiyalari üzrə dünya çempionu Azad Əzizov seçilib.

DAGB-nin Almaniyadakı nümayəndəliyinin rəhbəri, Almaniya Azərbaycanlı Gənclər Birliyinin sədri Elnur Rixter qeyd edib ki, Almaniyada yaşayan Azərbaycanlı gənclər arasında idmana böyük həvəs var: "İdmanın gənclər üçün maraqlı olan növlərindən biri də boksdur. Almaniyadakı gənclərimizin böyük hissəsi məmnuniyyətlə bu idman növü ilə məşğul olurlar."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti