...

Azərbaycan və Almaniyanın ali futbol qurumları arasında birgə əməkdaşlığın perspektivləri müzakirə olunub

İdman Materials 12 İyul 2013 16:36 (UTC +04:00)
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Almaniya Futbol İttifaqının baş katibi Helmut Sandrockla görüşüb.
Azərbaycan və Almaniyanın ali futbol qurumları arasında birgə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Almaniya Futbol İttifaqının baş katibi Helmut Sandrockla görüşüb.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə AFFA ilə AFİ arasında 4 ildən artıq müddətdə davam edən əməkdaşlıq barədə söhbət açılıb, Azərbaycanda uşaq futbolunun inkişafı və məşqçilik kurslarının təşkili, Bakı şəhərində Azərbaycan və Almaniyanın veteran futbolçuları arasında, həmçinin hər iki ölkənin 17 yaşadək futolçulardan ibarət komandaları arasında yoldaşlıq oyununun keçirilməsi xatırlanıb, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkili və infrastrukturun genişləndirilməsi ilə bağlı Almaniya Futbol İttifaqı tərəfindən AFFA-ya verilən tövsiyələr qeyd olunub.

Sonda AFFA-nın nəzərdə tutulan beynəlxalq layihələri barədə danışılıb və iki ölkənin futbol qurumları arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti