...

Avropa Liqası: "Qarabağ" qalib gəldi, "Xəzər Lənkəran" və "İnter" klubları məğlub oldular (YENİLƏNİB)

İdman Materials 18 İyul 2013 23:49 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Avropa Liqası: "Qarabağ" qalib gəldi, "Xəzər Lənkəran" və "İnter" klubları məğlub oldular (YENİLƏNİB)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, bu mərhələdə baş tutmuş 39 oyun sırasında təmsilçilərimizin də görüşləri olub.

"Qarabağ" doğma meydanda Polşanın "Piast" klubunu qəbul edib.

Oyun 2:1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

Oyunda ilk qolu polyaklar vurub (Robak, 19), "Qarabağ"ın isə cavab topunu 40 dəqiqədə Almeyda və oyunda sonuncu topu 83 dəqiqədə Reynaldo vurub.

"Xəzər Lənkəran" isə səfər oyununda İsrailin "Makkabi" (Hayfa) klubu ilə qarşılaşıb.

Oyun 2:0 hesabı ilə İsrail klubunun xeyrinə başa çatıb. Oyunda qolları 37 dəqiqədə Ezra və 55 dəqiqədə Turceman vurublar.

"İnter" klubu Norveçin "Tromse" klubunun qonağı olub.

Oyun 2:0 hesabı ilə Norveç klubunun xeyrinə başa çatıb. Oyunda qolları 43 dəqiqədə Ondrasek və 62 dəqiqədə Andersen vurublar.

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab görüşləri iyulun 25-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti