...

"Anji", PSJ, "Mançester Siti" və "Monako" Messiyə görə 120 milyon avro ödəməyə hazırdır

İdman Materials 19 İyul 2013 11:24 (UTC +04:00)
Avropanın dörd aparıcı klubu İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messini transfer etmək niyyətindədir.
"Anji", PSJ, "Mançester Siti" və "Monako" Messiyə görə 120 milyon avro ödəməyə hazırdır

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir E.Tanriverdiyev/

Avropanın dörd aparıcı klubu İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messini transfer etmək niyyətindədir. Bu barədə Trend İspaniyanın "AS" qəzetinə istinadən məlumat verir.

PSJ klubundan başqa, "Anji", "Mançester Siti" və "Monako" klubları da Argentina millisinin 26 yaşlı oyunçusunu heyətində görmək istəyir.

Məlumatda bildirilir ki, hər dörd klub Messiyə görə futbol aləmində rekord məbləğ - 120 milyon avro ödəməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti