...

Olimp dağında Soçi olimpiadası üçün məşəlin yandırılma vaxtı məlum olub

İdman Materials 8 Avqust 2013 04:19 (UTC +04:00)
Soçi olimpiadası üçün Yunanıstanda Olimp dağında Olimpiya məşəlinin alovlandırılması mərasimi 2013-cü il sentyabrın 29-da keçiriləcək.
Olimp dağında Soçi olimpiadası üçün məşəlin yandırılma vaxtı məlum olub

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Soçi olimpiadası üçün Yunanıstanda Olimp dağında Olimpiya məşəlinin alovlandırılması mərasimi 2013-cü il sentyabrın 29-da keçiriləcək. Trend RBC NewsLine-a istinadən məlumat verir ki, bunu "Soçi-2014"-ün Təşkilat Komitəsinin prezidenti Dmitri Çernışenko deyib.

Onun sözlərinə görə, məşəl Moskvaya oktyabrın 6-da gətiriləcək.

D.Çernışenko əlavə edib ki, artıq sentyabrın 1-dən 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin repetisiyası başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti