...

Azərbaycan-CAR kikboks üzrə ilk turnir keçiriləcək

İdman Materials 26 Avqust 2013 16:42 (UTC +04:00)
Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Pretoriya şəhərində avqustun 30-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş Azərbaycan-CAR kikboks üzrə ilk turnir keçiriləcək.
Azərbaycan-CAR kikboks üzrə ilk turnir keçiriləcək

Azərbaycan, Bakı, 26 avqust / Trend, müxbir M.Əliyev/

Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Pretoriya şəhərində avqustun 30-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş Azərbaycan-CAR kikboks üzrə ilk turnir keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyindən bildiriblər.

Səfirliyin, Azərbaycan Kikboksinq Federasiyası və CAR-ın Həvəskar Kikboksing Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə, hər iki ölkədən 20 idmançının iştirakı ilə müxtəlif çəkilərdə, lou-kik və K-1 üsul üzrə 10 döyüşün keçirilməsi nəzərdə tutulur. Tədbirə Pretoriyada akkreditə edilmiş diplomatik nümayəndələrin rəhbərləri, CAR-ın məşhur idmançıları və idman sahəsində görkəmli şəxslər, dövlət məmurları və Parlament üzvləri dəvət ediliblər. Tədbirdə ümummilli lider Heydər Əliyevə, Azərbaycana və turnirə həsr edilmiş proqram materialları payalanacaq. Turnir yerli televiziya kanalları və mətbuat tərəfindən işıqlandırılacaq.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclis deputatı Adil Əliyevin rəhbərlik etdiyi heyət 28 avqust- 2 sentyabr tarixlərdə CAR-da olduqları müddətə turnirlə bərabər bir neçə yerli klubda ustad dərslərinin keçirilməsini də planlaşdırır. Turnirin həyata keçirilməsinə Azərbaycanın Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycanın Afrika Dostları təşkilatının yerli Paramount şirkəti də dəstək verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti