Azərbaycan, Bakı, 30 avqust /Trend/
Kiyevdə keçirilən bədii gimnastika üzrə dünya çempionatında çoxnövçülük üzrə medallar qazanılıb. Trend-in məlumatına görə, iyirmi dörd idmançı arasında Azərbaycan gimnastları Marina Durunda və Lalə Yusifova ən yaxşı nəticə əldə ediblər.
Dörd tapşırığın nəticəsinə görə, 65.532 xal toplayan Lalə Yusifova 12-ci yeri tutub.
Marina Durunda isə eyni tapşırıqların yerinə yetirilməsi nəticəsində 64.882 xal toplayıb və 16-cı yeri qazanıb.
Qeyd edək ki, bundan əvvəl Durunda lent ilə hərəkətlərdə 5-ci yeri tutmuşdu.