...

İsrail - Azərbaycan: növbə 21 yaşlılarındır

İdman Materials 8 Sentyabr 2013 15:23 (UTC +04:00)
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün İsrail və Azərbaycan yığmaları qarşılaşacaq.
İsrail - Azərbaycan: növbə 21 yaşlılarındır

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün İsrail və Azərbaycan yığmaları qarşılaşacaq.

Trend-in məlumatına görə, Netanya şəhərindəki eyniadlı stadionda Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək oyunu avstriyalı hakimlər idarə edəcəklər.

Qeyd edək ki, şənbə günü Ramat Qan şəhərində İsrail və Azərbaycanın əsas yığma komandaları arasında keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti