...

Qalmaqallı "Beşiktaş" - "Qalatasaray" oyunu ilə bağlı son qərar açıqlandı

İdman Materials 22 Oktyabr 2013 21:10 (UTC +04:00)
Türkiyə Futbol Federasiyası (TFF) İntizam Komitəsi azarkeşlərin meydana girməsi səbəbindən tamamlanmayan "Beşiktaş" - "Qalatasaray" derbisi ilə bağlı son qərarını açıqlayıb.
Qalmaqallı "Beşiktaş" - "Qalatasaray" oyunu ilə bağlı son qərar açıqlandı

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Türkiyə Futbol Federasiyası (TFF) İntizam Komitəsi azarkeşlərin meydana girməsi səbəbindən tamamlanmayan "Beşiktaş" - "Qalatasaray" derbisi ilə bağlı son qərarını açıqlayıb.

Trend-in məlumatına görə, komitənin iclasında həmin oyunun 3-0 hesabı ilə "Qalatasaray"ın lehinə qeydə alınması barədə qərar qəbul edilib.

Xatırladaq ki, sentyabrın 22-də Türkiyə çempionatının V turu çərçivəsində keçirilmiş "Beşiktaş" - "Qalatasaray" matçının uzatma dəqiqələrində qarşıdurma baş vermişdi. "Qalatasaray"ın 2-1 hesabı ilə üstün olduğu oyunun 90+2-ci dəqiqəsində Felipe Melonun qırmızı kart alması tribunalardakı azarkeşləri hərəkətə gətirmişdi. Müdafiə kartonu arxasındakı bir qrup "qara-ağlar" meydançaya daxil olmuş, əllərindəki oturacaqları mühafizə dəstələrinə atmışdılar.

Oyunun yarımçıq saxlanmasına səbəb olan 69 azarkeş sentyabrın 23-də İstanbul polisi tərəfindən saxlanılmışdı. Həmin azarkeşlər bundan sonra il ərzində Türkiyədəki futbol oyunlarında iştirak edə bilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti