...

"Qəbələ" müvəqqəti liderdir

İdman Materials 25 Oktyabr 2013 17:15 (UTC +04:00)
Trend-in məlumatına görə, turun açılış matçında "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edib.
"Qəbələ" müvəqqəti liderdir

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Bu gün Premyer Liqanın XI turunun oyunlarına start verilib.

Trend-in məlumatına görə, turun açılış matçında "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edib.

Oyunda hesabı gözlənildiyi kimi qəbələlilər açıblar - 24-cü dəqiqədə Subotiç fərqlənib. 63-cü dəqiqədə Dodo hesab arasındakı fərqi ikiyə çatdırıb - 2:0.

Beləliklə, "Qəbələ" klubu 11 oyundan 22 xalla müvəqqəti olaraq turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti