...

Bakıda "Arsenal" klubunun Yay Futbol Məktəbinin toplanışı təşkil olunacaq

İdman Materials 27 Noyabr 2013 17:03 (UTC +04:00)
Futbol İdarəçiliyi Təlim Proqramı ilə əlaqədar İngiltərədə səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov Londonun "Arsenal" klubunun futbol məktəbinin meneceri Ross Metherellə görüşüb.
Bakıda "Arsenal" klubunun Yay Futbol Məktəbinin toplanışı təşkil olunacaq

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Futbol İdarəçiliyi Təlim Proqramı ilə əlaqədar İngiltərədə səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov Londonun "Arsenal" klubunun futbol məktəbinin meneceri Ross Metherellə görüşüb.

Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, görüşdə AFFA və "Arsenal" klubunun Azərbaycanda uşaq futbolunun inkişafı ilə bağlı birgə fəaliyyətinin perspektivləri müzakirə olunub. İlkin olaraq razılıq əldə edilib ki, 2014-cü ilin yay aylarında Bakıda "Arsenal" klubunun Yay Futbol Məktəbinin toplanışı təşkil olunsun və AFFA-nın təşkil etdiyi liqalarda yüksək yerləri tutmuş komandaların üzvləri həmin təlim prosesində iştirak etsin. Toplanışda həmyaşıdlarından daha yaxşı göstəricələrə nail olmuş uşaqların Londona gedərək "Arsenal" klubunun bazasında hazırlıq keçməsi nəzərdə tutulub.

Xatırladaq ki, bu il Bakıda "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbinin toplanışı təşkil olunub və İngiltərədən gəlmiş məşqçilərin seçimi əsasında 6 uşaq Mançester şəhərinə gedərək "Mançester Yunayted" FK-nın Yay Futbol Məktəbində təlimlərdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti