Futbol adamları Hafiz Məmmədovun "Atletiko" və "Lans" la əməkdaşlığını müsbət qiymətləndirirlər

Futbol adamları Hafiz Məmmədovun "Atletiko" və "Lans" la əməkdaşlığını müsbət qiymətləndirirlər

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Azərbaycanın tanınmış futbol adamları iş adamı Hafiz Məmmədovun təşəbbüsü və dəstəyi ilə "Bakı" klubunun İspaniyanın "Atletiko" və Fransanın "Lans" komandaları ilə əməkdaşlığına münasibət bildiriblər.

AĞASƏLİM MİRCAVADOV: "BUNUN BƏHRƏSİ MÜTLƏQ OLACAQ"

Trend-in məlumatına görə, əməkdar məşqçi Ağasəlim Mircavadov bu layihələrin onu sevindirdiyini söyləyib. O qeyd edib ki, bununla ən azın ölkəmiz dünyanın qabaqcıl dövlətlərinin diqqət mərkəzində olur: "Atletiko" kimi böyük bir klubun futbolçularının sinəsində "Azərbaycan" sözünü görəndə hər bir azərbaycanlı qürur hissi keçirməlidir. İndi isə "Land of Fire Azerbaijan" loqosu "Baku-2015"lə əvəzləndi. Bu loqonun da böyük əhəmiyyəti var. İlk dəfə baş tutacaq Avropa Oyunlarının Bakıda keçirilməsi təqdirəlayiq haldır. Ancaq bunun üçün güclü təbliğatı lazımdır. "Atletiko" və "Lans" futbolçularının köynəyində "Baku-2015" loqosunun olması bu yarışın ən yaxşı təbliğatıdır. Hər bir şeyin uğuru reklamdan başlayır. Məlumdur ki, reklam üçün də böyük vəsait tələb olunur. Bu layihələrin gerçəkləşməsində "Bakı"nın prezidenti Hafiz Məmmədovun əməyini xüsusi qeyd etmək istəyirəm. Bu reklamın bəhrəsi mütləq olacaq. Əsas amillərdən biri budur ki, artıq Avropada Azərbaycan haqda başqa fikirdədilər. Bütün bunlarla yanaşı "evin içi" də yaxşı olmalıdır. Yəni öz futbolumuz da inkişaf etdirilməlidir. Bunu üçün də işlər görülür. Hafiz Məmmədovun "Bakı" klubunda gördüyü işlər göz qabağındadır. Klubun çox gözəl bazası var, yüksək səviyyəli stadionlar tikilir. Azərbaycanlı uşaqların İspaniyanın futbol akademiyasında təhsil almağa göndərilməsi də futbolumuzun yaxşı gələcəyindən xəbər verir. Bunun üçün isə həmin gənc futbolçuları düzgün yola çəkmək lazımdır. Onları başa salmaq lazımdır ki, əgər "Atletiko"da oynamaq istəyirlərsə, həddindən artıq çalışmalıdırlar".

VAQİF SADIQOV: "HAFİZ MƏMMƏDOVUN YÜRÜTDÜYÜ FUTBOL SİYASƏTİ ÇOX DÜZGÜNDÜR"

AZAL klubunun baş məqşçisi Vaqif Sadıqov da deyib ki, bu gün Azərbaycanı İspaniya və Fransa kimi futbol ölkələrində tanıtmaq çox müsbət haldır: "Bu addım bizim futbolumuza təkan verə bilər. İnanıram ki, gələcəkdə "Atletiko" və "Lans"ın futbolçuları bizim klublarda çıxış edə bilərlər.
Hesab edirəm ki, bu gün "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun yürütdüyü futbol siyasəti çox düzgündür, futbolumuzun inkişafına xidmət edir. Bunun da bəhrəsini tezliklə görəcəyik. Gənc futbolçularımızın İspaniyanın futbol akademiyasında təhsil almaları, bəzilərinin isə "Lans"ın düşərgəsinə göndərilmələri, üç ölkənin mütəxəssislər arasında əməkdaşlıq futbolumuzun yaxşı gələcəyindən xəbər verir".

VƏLİ QASIMOV: "O ZAMAN AZƏRBAYCANI HEÇ KİM TANIMIRDI, İNDİ İSƏ..."

Bir vaxtlar İspaniyada da legioner həyatı yaşamış veteran futbolçu Vəli Qasımov isə deyib: "Çox sevindirici haldır ki, Azərbaycan İspaniya və Fransa kimi futbol ölkələrində reklam olunur. Belə layihələr Azərbaycanın və Azərbaycan futbolunun Avropada tanınması baxımından çox vacibdir. Bunu digər klublarımız da etsə, çox yaxşı olardı. Ən önəmli məsələlərdən biri də odur ki, "Bakı" klubunun aşağı yaş qruplarından bir neçə futbolçusu İspaniyada və Fransada futbolun sirlərini öyrənəcək. Bu, həm futbolumuzun gələcək inkişafına müsbət təsir edəcək, həm də tədricən ölkəmiz Avropada tanınacaq. Mən İspaniya və Portuqaliya klublarında çıxış etmişəm. O zaman orada heç kim Azərbaycanı tanımırdı. Çalışırdım ki, ölkəmizi tanıdım. İndi isə "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun "Atletiko" (Madrid) və "Lans"la əməkdaşlığa başlaması və bu istiqamətdə görülən işlər Azərbaycanın həm Avropada, həm də dünyada tanınmasına böyük təsiri olacaq".

SƏNAN ŞƏFİZADƏ: "BU, ÖLKƏMİZİN DÜNYADA TANINMASINDA BÖYÜK ROL OYNAYACAQ"

Tanınmış idman telejurnalisti Sənan Şəfizadə isə deyib: "Madriddə keçirilən "Fitur" sərgisində üzərində "Land of fire Azerbaijan" (Odlar yurdu Azərbaycan) sözləri yazılan formanın təqdimatı keçiriləndə mən həmin tədbirdə iştirak etdim. Sərgidə yüzdən artıq ölkə iştirak edirdi və hər bir ölkənin öz guşəsi var idi. İmzalanma mərasimindən sonra "Atletiko"nun məşqçi heyəti və ulduz futbolçuları Azərbaycan guşəsini ziyarət etdilər. Həmin an belə bir mötəbər sərgidə sanki həyat dayanmışdı. Bütün qonaqlar Azərbaycan güşəsinin qarşısında idi. Ermənistanın guşəsi isə həddindən artıq sönük idi. Onlar özləri də Azərbaycan stendinə baxırdılar. Bu, bizim üçün çox önəmli bir hadisə oldu. Hər bir sərgidən sonra həmin tədbir haqda dərgi çap olunur. "Fitur"sərgisindən sonra isə İspaniyada "Azərbaycan "Fitur" sərgisini valeh etdi" adlı bir dərgi çap olundu.
"Atletiko" və "Lans"ın formasında "Land of fire Azerbaijan" sözünün yazılması ölkəmizin turizminə də böyük faydası olacaq. Çempionlar Liqasını Avropanın 20-dən artıq kanalı canlı yayımlayır. Eyni zamanda oyundan hazırlanmış fotoları 120-dən çox dərgi nəşr edir. Qeyd etdiyim klubların geyimlərində "Land of fire Azerbaijan" yazısının olması ölkəmizin dünyada tanınmasında böyük rol oynayacaq. "Land of fire Azerbaijan" loqosunun "Baku-2015"lə əvəzlənməsi isə çox böyük hadisədir. Hamı bilir ki, Azərbaycan Avropa Oyunları üçün namizədliyini yarışın keçirilməsinə az bir vaxt qalmış irəli sürdü. Buna görə də bu yarışın təbliğatı ilə çox məşğul olmalıyıq. "Baku-2015" loqosu "Atletiko" və "Lans"ın vasitəsi ilə bütün dünyaya car çəkəcək ki, bu mötəbər turnir Bakıda keçiriləcək.
Bir faktı da vurğulamağı vacib bilirəm. "Bakı"nın "Atletiko" və "Lans"la imzaladığı müqavilələrdə ölkəmizin uşaq futbolunun inkişafına hesablanmış xeyli bənd var. Bizim gənclərimizin "Atletiko"nun futbol akademiyasında 3 il müddətinə təhsil almağa göndərilməsi çox önəmlidir. Sevindirici haldır ki, "Bakı" klubu digər klublarımızın futbolçularının da "Atletiko"nun futbol akademiyasında təhsil almağı üçün xərcini öhdəsinə götürür. Burada isə məqsəd sırf Azərbaycan futbolunda dünya səviyyəli futbolçu yetişdirməkdir. Bu mənada Hafiz Məmmədovun dəstək olduğu bu layihə çox önəmlidir və əminəm ki, futbolumuzun inkişafında həlledici rol oynayacaq".

İşğaldan azad olunan əraziləri minalardan təmizləmək üçün Rusiyadan yeni avadanlıqlar gətirildi (FOTO/VİDEO)
İşğaldan azad olunan əraziləri minalardan təmizləmək üçün Rusiyadan yeni avadanlıqlar gətirildi (FOTO/VİDEO)
Ermənistan vətəndaşları Qarabağdakı zənginlər uğrunda ölməməlidir - Erməni jurnalist
Ermənistan vətəndaşları Qarabağdakı zənginlər uğrunda ölməməlidir - Erməni jurnalist
Kanada mediasında 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc olunub
Kanada mediasında 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc olunub
Loading Bars
Xəbər lenti
Sumqayıtda birmərtəbəli evdə yanğın olub
Nazirlik Azərbaycanda internet rabitəsinin genişləndirilməsi işləri barədə
Ermənistanın yalanları dünyanı 20 Yanvar faciəsinin əsl mahiyyətindən yayındırmağa yönəlib - Politoloq
Qarabağda Rusiya və Azərbaycan xilasedicilərinin birgə fəaliyyəti ilə 210 ədəd mina zərərsizləşdirilib (FOTO)
Beynəlxalq Bankın xalis mənfəəti dəfələrlə azalıb
Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
Pambıqçılığın inkişafı ilə bağlı ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib (FOTO)
İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq - Könül Nurullayeva
BNA-da Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarla görüş keçirilib
Bakıda yol qəzası tıxaca səbəb olub
“YAŞAT" Fondu tərəfindən daha 3 nəfərin əməliyyatı təmin edilib (FOTO)
İran Qarabağın bərpasında aktiv iştirak etmək niyyətindədir - Nümayəndələr Azərbaycana səfər edəcək
Sovet rəhbərliyi 20 yanvar faciəsini törətməklə Azərbaycan xalqının qürurunu sındırmaq istəyirdi - Arzu Nağıyev (VİDEO)
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikan cavab verib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN çavuşu (FOTO)
Kəlbəcər rayonunun Çopurlu kəndi (FOTO/VİDEO)
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar
YAP Zəngilan rayon təşkilatında 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
ADU-da 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş seminar keçirilib
Azərbaycana gələn Türkiyə vətəndaşları üçün etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib
İşğaldan azad olunan əraziləri minalardan təmizləmək üçün Rusiyadan yeni avadanlıqlar gətirildi (FOTO/VİDEO)
Yanvarın 21-nə USD/AZN rəsmi məzənnəsi
Ermənistan vətəndaşları Qarabağdakı zənginlər uğrunda ölməməlidir - Erməni jurnalist
Türkdilli dövlətlər arasında əməkdaşıq perspektivləri müzakirə edilib
Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 71,8 milyon manat daxil olub
Xaçmazda Şəhidlər Xiyabanı yenidən qurulub (FOTO)
Kanada mediasında 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc olunub
Azərbaycan - Türkiyə media platforması birgə əməkdaşlığa yeni çalarlar qatacaq - Naqif Həmzəyev
Sabirabadda “Mercedes” yanıb
Aida Mahmudovanın ABŞ-da açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqlandırılıb (FOTO)
Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb
Ötən ilin ən çox istifadə olunan hava limanı məlum oldu
İşğaldan azad edilmiş ərazilərdə nar bağları salınacaq
15 mikrondan çox olan polietilen torbaların pulla satılması təklif edilir
Səhiyyə Nazirliyinin əməkdaşları peyvənd olundu
YAP 2020-ci ilə dair gəlir və xərclərini açıqlayıb
Koronavirusla bağlı nəqliyyat vasitələrində yol verilən nöqsanlar açıqlanıb
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir (FOTO/VİDEO)
Bağdad Amreyev: Azərbaycan torpaqlarının azad edilməsi bütün türk dünyasının böyük zəfəridir
Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı
2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edirik - Bağdad Amreyev
YAP 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verdi
Xəzərə tullantı sularının axıdılması halları xeyli azalıb - Nazirlik rəsmisi
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb
Prezident İlham Əliyev: Bu çətin vaxtda mənəvi-siyasi dəstək bizim xalqımız üçün olduqca vacibdir
Tullantıların idarəolunması üçün 8 regional poliqon yaradılacaq - Nazirlik
Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir - Ekspert
Prezident İlham Əliyev: Şuşa hələ çox beynəlxalq tədbirlər görəcək
Azərbaycan Prezidenti: Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik
Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır
BNA sürücü və sərnişinlərə xəbərdarlıq etdi
“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib
Prezident İlham Əliyev: Gələcək nəsillər yadda saxlasınlar ki, yalnız öz gücümüzə güvənməliyik
Prezident İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib
Prezident İlham Əliyev: Xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar
MM Komitəsi azad edilmiş ərazilərdə aqrar sahənin inkişafını qiymətləndirəcək
Dövlət qulluğu üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
Ombudsman 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
İstedadlı şagirdlər eksternat qaydasında imtahan verib
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların ictimai birliklərinin rəhbərləri ilə işçi görüş olub (FOTO)
“Azərsu” vətəndaşlara müraciət edib (FOTO)
Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi artıb
MİDA və YAP Nəsimi Rayon Təşkilatının 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş birgə sosial aksiyası keçirilib (FOTO)
Azərbaycan koronavirusa qalib gələn ilk ölkələr sırasında olacaq - Deputat
İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb (FOTO)
Azərbaycanda iqtisadi artımın yüksək trayektoriyaya keçmək imkanları var - Vüsal Qasımlı
Beynəlxalq Multikulturalizm jurnalı Ali Attestasiya Şurasında qeydiyyata alınıb
Bakı Ali Neft Məktəbində “Qarabağın Təbii Sərvətləri” mövzusunda vebinar keçiriləcək
“Akkord STİK” ASC və “Qazax Sement Zavodu” MMC “Qarabağ Dirçəliş Fondu”na 400 min manat ianə köçürüb
Torpaq sahələrində aqrokimyəvi analizlərin həyata keçirilməsində yeniliklər olacaq
Ötən il özəlləşdirmə və icarədən büdcəyə 72 milyon manat daxil olub
İranda bir gündə 6 minə yaxın şəxs koronavirusa yoluxub, 87 nəfər ölüb
Bakı Slavyan Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Dövlət Vergi Xidməti əməkdaşlarının məqaləsi beynəlxalq nəşriyyatda çap olunub
Aİİ-də 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
“Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək (FOTO)
Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Hirkan Milli Parkındakı yanğın nəticəsində dəyən zərər hesablanır - Xidmət rəisi
Ombudsman 20 Yanvar abidə kompleksini ziyarət edib (FOTO)
Məktəblərin açılması xəbərlərinə Təhsil nazirliyindən cavab
Ötən il Mətbuat Şurasına göndərilən şikayətlərin sayı açıqlanıb
Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Aİ ölkələrində yeni avtomobil satışı rekord həddə azalıb
Ermənilərin meşə fonduna, təbii sərvətlərə vurduğu ziyan hesablanır - Nazir müavini (FOTO/VİDEO)
Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edilib (ƏLAVƏ OLUNUB)
Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Azərbaycan əhalisi benzinə və dizelə 2 milyard manatdan artıq vəsait xərcləyib
COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər - RƏSMİ
Artıq 14 nəfər peyvənd olunub, vəziyyətləri yaxşıdır - Baş həkim
Sabahın hava proqnozu açıqlanıb
Qaxa 35 santimetr qar yağıb (FOTO)
Füzuli rayonunun Şəkərcik kəndi (FOTO/VİDEO)
Şuşada 2 su mənbəyi bərpa olunub, təminatın yaxşılaşdırılması üçün su maşını ayrılıb - Azərsu (ÖZƏL)
Ermənistanda Koçaryanın məhkəməsi bərpa olunub - Etiraz aksiyası keçirilir
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının görəcəyi işlər - SİYAHI
Bütün xəbərlər