...

Rauf Əliyev: "Bakı" futbol klubunun "Atletiko" və "Lans" komandaları ilə əməkdaşlığı təqdirəlayiqdir

İdman Materials 30 Noyabr 2013 13:16 (UTC +04:00)
"Bakı" futbol klubunun İspaniyanın "Atletiko" (Madrid) və Fransanın "Lans" komandaları ilə əməkdaşlığı təqdirəlayiqdir. Bunu Trend-ə açıqlamasında AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev deyib.
Rauf Əliyev: "Bakı" futbol klubunun "Atletiko" və "Lans" komandaları ilə əməkdaşlığı təqdirəlayiqdir

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

"Bakı" futbol klubunun İspaniyanın "Atletiko" (Madrid) və Fransanın "Lans" komandaları ilə əməkdaşlığı təqdirəlayiqdir. Bunu Trend-ə açıqlamasında AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, iş adamı Hafiz Məmmədovun həm İspaniyanın "Atletiko" klubunda, həm də Fransanın "Lans" klubunda apardığı iş təqdirəlayiqdir:

"Təsəvvür edin ki, Fransa kimi ölkənin stadionunda Azərbaycan bayrağı dalğalanır. Bu, çox gözəl bir amildir. Digər tərəfdən, həm "Atletiko", həm də "Lans" klubunun idman geyimlərində Azərbaycan loqosu əks olunub ki, bu da ölkə üçün böyük bir təbliğatdır".

O, qeyd edib ki, vaxtilə "Lans" klubu ermənilərin əlində olub, lakin sonra əllərindən çıxıb. Bu gün həmin klubu azərbaycanlı iş adamı idarə edir: "Məgər bu pisdir? Lakin bəzən bunun əleyhinə yazılar çıxır, çünki onlar bunu qəbul edə bilmirlər. Əgər bu gün o klublarda azərbaycanlı biznesmen iş aparır, bu klublara mütəmadi olaraq Azərbaycanın gənc futbolçuları gedir, təlim məşq toplanışı keçirlərsə, bu, Azərbaycan futbolunun gələciyidir. Biz bu məsələlərə öz münasibətimizi bildirməliyik. Yoxsa bunun əleyhinə yazılar yazmaq, belə şey etmək olmaz".

Vitse-prezident vurğulayıb ki, biz elə bir ölkədə yaşayırıq ki, torpaqlarımız işğal olunub, qaçqınlarımız var: "Biz bu gün bir olmalı, belə müsbət işlərə dəstək verməliyik. Bu idman deyil, böyük bir siyasi məsələdir. Həm Hafiz Məmmədov, həm də Mübariz Mənsimov kimi iş adamları bu gün belə işə vəsait qoyurlarsa, bu təqdirəlayiqdir. Bunu təbliğ etmək lazımdır".

Onun sözlərinə görə, imkan daxilində digər biznesmenlər də bu işə töhfə verməlidirlər:

"Biz hamımız cənab Prezidentin Azərbaycanı dünyaya tanıtmaq işinə dəstək olmalıyıq. Bu gün həm "Atletiko", həm də "Lans" klubları yaxşı oyun göstərirlər. Yəni bu da onu göstərir ki, həmin komandaların futbolçuları çalışırlar ki, yaxşı oynasınlar, yaxşı nəticə əldə etsinlər. Çünki maliyyələşirlər, maaş alırlar və s. Məgər bu gün Azərbaycan klublarına az maliyyə ayrılır? Bu gün klubların maddi-texniki bazası gücləndirilib, infrasktruktur gündən-günə yaxşılaşır. Məgər bu Azərbaycan futbolunun inkişafı deyil? Biz bu işlərə dəstək verməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti