Azərbaycan, Bakı, 18 yanvar /Trend/
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" klubu bu gün ikinci yoxlama oyununu keçirib.
Trend-in məlumatına görə, Bakı təmsilçisi "Mardan" stadionunda Türkiyənin "Fənərbağça" klubu ilə qarşılaşıb.
Gərgin və qarşılıqlı hücumlarla keçən oyunda qapılar toxunulmaz qalıb - 0:0.
Xatırladaq ki, "Neftçi" ilk yoxlama oyununda Albaniyanın "Partizani" klubuna 2:0 hesabı ilə qalib gəlmişdi.