...

Azərbaycan velosipedçisi beynəlxalq yarışın II mərhələsindən sonra 23-cü yerdədir (FOTO)

İdman Materials 7 Fevral 2014 18:31 (UTC +04:00)
Avstraliyada 16 komandanın iştirakı ilə təşkil olunmuş 2.1 kateqoriyalı “Herald Sun Tour” yarışında 163 km-dən ibarət 2-ci mərhələ başa çatıb.
Azərbaycan velosipedçisi beynəlxalq yarışın II mərhələsindən sonra 23-cü yerdədir (FOTO)

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Avstraliyada 16 komandanın iştirakı ilə təşkil olunmuş 2.1 kateqoriyalı "Herald Sun Tour" yarışında 163 km-dən ibarət 2-ci mərhələ başa çatıb. Bu dəfə yerli "Orica GreenEDGE" komandasının üzvü Simon Klark 4 saat, 5 dəqiqə, 1 saniyə nəticə ilə finiş xəttini birinci keçib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, veloyürüşdə mübarizə aparan Azərbaycanın "Synergy Baku" komandasının avstraliyalı üzvü Patrik Leyn liderdən 1 dəqiqə, 11 saniyə geri qalmaqla 4-19-cu yerləri bölüşüb. 2 mərhələdən sonra Patrik Leyn ümumi sıralanmada 23-cü yerdə qərarlaşır. İndi onu birinci yerdən 1 dəqiqə, 32 saniyə ayırır.

Yeri gəlmişkən, xüsusi qeyd edilməli fakt ondan ibarətdir ki, hazırda yay mövsümünün davam etdiyi Avstraliyada havanın hərarəti 40 dərəcəyə çatır ki, bu cür isti iştirakçılara əlavə çətinlik yaradır.

Avstraliyaya soyuq Bakıdan yollanan komandamızın üzvü Elçin Əsədov iqlim dəyişikliyi səbəbindən soyuqlasa da, 1-ci mərhələ ilə müqayisədə yarışın 2-ci turunda daha inamlı təsir bağışlayıb.

Sabah keçiriləcək 3-cü mərhələdə iştirakçılar 156 km məsafə qət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti