...

Azərbaycanın velosiped komandası Avropa turlarına uğurlu start verib

İdman Materials 25 Fevral 2014 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku" 2014-cü ilin Avropa turlarına start verib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komandanın üzvləri Sloveniyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "İzola" Qran-prisində mübarizə aparıblar.

Heyətdəki 5 velosipedçidən komandanın debütantı, avsrtiyalı Markus Eybegerin çıxışı daha uğurlu alınıb. Məşqçilərin də əvvəlcədən planlaşdırdığı kimi, kollektivin digər üzvləri məhz M.Eybegerin öndə getməsi üçün çalışıblar və o bu imkandan istifadə edərək 142 km-lik yarışı liderlər qrupunda başa vurub.

Markus finiş xəttini 3 saat, 43 dəqiqə, 1 saniyəyə keçən pelotonun içərisində olub və fotofinişə əsasən 20-ci yerlə kifayətlənib.

Ümumilikdə isə yarışda 118 velosipedçi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti