...

Rövnəq Abdullayev: Azərbaycan "Avro 2020"-ni yüksək səviyyədə keçirməyə hazırdır

İdman Materials 7 Mart 2014 11:46 (UTC +04:00)
Bakının 2020-ci il Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı sənədləşmə işləri başa çatıb.
Rövnəq Abdullayev: Azərbaycan "Avro 2020"-ni yüksək səviyyədə keçirməyə hazırdır

Azərbaycan, Bakı, 7 mart /Trend/

Bakının 2020-ci il Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı sənədləşmə işləri başa çatıb. Bakı qalib seçiləcəyi halda, Azərbaycan oyunları yüksək səviyyədə keçirməyə hazırdır. Trend-in məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev qurumun bu gün keçirilən hesabat konfransında deyib.

R.Abdullayev bildirib ki, qurum ötən ili uğurla başa vurub. AFFA prezidenti yığma komandanın 2014-cü il dünya çempionatının seçmə tsiklində 9 xal qazandığını xatırladıb.

Konfransa UEFA-nın I vitse-prezidenti Şenes Erzik də qatılıb.

Konfransda səs hüququna malik 35 üzvdən 33-ü iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti