Azərbaycan, Bakı, 29 mart /Trend/
Göyçayda çoxmübarizəli döyüş idmanı üzrə VII ölkə çempionatı keçirilib.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Göyçayda çoxmübarizəli döyüş idmanı üzrə VII ölkə çempionatında Gəncə idmançılarının 11 medal qazanıblar.
Nizami yurdunun döyüşçüləri yeniyetmə, gənc və kişilər arasında iştirak edərək mükafatlara sahib çıxıblar.
Gəncə idmançıları 22 şəhər və rayondan 220 idmançının 3 yaş qrupu üzrə 27 çəki dərəcəsində mübarizə apardığı yarışda 4 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.
Gəncəli döyüşçülərdən 4-ü yığma komandanın tərkibinə seçilərək, qarşıdakı Avropa çempionatında iştirak etmək imkanı əldə edib.