...

Azərbaycanda baş məşqçi cəzalandırıldı

İdman Materials 29 Aprel 2014 13:26 (UTC +04:00)
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Azərbaycanda baş məşqçi cəzalandırıldı

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Azərbaycan kubokunun yarımfinal mərhələsinin və Azərbaycan Premyer Liqasının 32-ci turunun oyunlarında baş verən pozuntulara hüquqi qiymət verilib.

Azərbaycan kubokunun 1/2 final mərhələsinin "Xəzər Lənkəran" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının 32-ci turunun "Qəbələ" - "Simurq" matçının 83-cü dəqiqəsində "Simurq" klubunun baş məşqçisi Georgi Çixradze texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXXII turunun "Qarabağ" - "Neftçi" matçında "Neftçi" və "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 1000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti