...

Şəmkirdə voleybol və basketbol üzrə birincilik keçirilib

İdman Materials 2 May 2014 21:50 (UTC +04:00)
YAP-ın Şəmkir rayon təşkilatının təşəbbüsü ilə ümumilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunan oğlan və qız komandaları arasında voleybol və basketbol üzrə birincilik keçirilib.
Şəmkirdə voleybol və basketbol üzrə birincilik keçirilib

Azərbaycan, Bakı, 2 may /Trend/

YAP-ın Şəmkir rayon təşkilatının təşəbbüsü ilə ümumilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunan oğlan və qız komandaları arasında voleybol və basketbol üzrə birincilik keçirilib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir İdman Olimpiya Kompleksində reallaşan hər iki idman növündə 8 kollektiv mübarizə aparıb. 10 gün davam edən yarışların təntənəli bağlanış mərasimində qaliblər təbrik olunub, mükafatçı komandalara gələcək yarışlarda uğurlar arzulanıb.

Sonda komanda üzvləri müxtəlif hədiyyələr, fəxri fərman və medalla təltif edlib. Qalib kollektivlərə isə kubok verilib.

Xəbər lenti

Xəbər lenti