Azərbaycan, Bakı, 17 may /Trend/
Danimarkanın paytaxtı Kopenhagendə Danimarka Futbol İttifaqının (DFİ) 125 illik yubileyi qeyd olunub.
AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə iştirak edib.
Trend AFFA-ya istinadən məlumat verir ki, baş katib Danimarka Futbol İttifaqının prezidenti Allan Hansenlə görüşüb, AFFA və DFİ arasında qarşlıqlı əməkdaşlıq barədə müzakirələr aparılıb.