...

FHN-in İdman Sağlamlıq Klubu mini futbol üzrə çempionat keçirib (FOTO)

İdman Materials 19 May 2014 14:26 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubu may ayına nəzərdə tutulan 5 günlük mini futbol üzrə çempionatın finalını nazirliyin Mülki Müdafiə Qoşunlarının Hərbi Hissəsində keçirib.
FHN-in İdman Sağlamlıq Klubu mini futbol üzrə çempionat keçirib (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend/

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubu may ayına nəzərdə tutulan 5 günlük mini futbol üzrə çempionatın finalını nazirliyin Mülki Müdafiə Qoşunlarının Hərbi Hissəsində keçirib.

İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevin oyunçularla görüşündən sonra oyununa start verilib.

Qeyd edək ki, cempionatda FHN-in müxtəlif qurumlarından 24 komanda və 300 nəfərə yaxın iştirakçı oynayıb. Ümumilikdə 68 oyun keçirilib.

Gərgin mübarizə şəraitində keçən yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Yusif Nurullayev olub. Oyunları Elvin Musayev və Öncal Mədətsoylu idarə ediblər. Eyni zamanda, iştirakçılar həkim personalının nəzarətində olub.

Yarış günlərində ən çox qol vuran XRXX-dən (Xüsusi Riskli Xilasetmə Xidməti) Fakir Məhərrəmov, ən az qol buraxan isə Orxan Kərimov olub.

Komandalar 4 qrupa bölünüb. A və B komandaları XRXX-nin, C də D komandaları isə Mülki Müdafiə Qoşunlarının stadionunda oynayıb. Hər qrupda 1 və 2-ci yeri tutan komandalar növbəti ¼ mərhələsinə keçiblər.

Görüşlər bu komandalar arasında olub:
XRXX - TTNDA (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi)
DYMX (Dövlət Yanğından Mühafizə Xidməti) - Sumqayıt
Muğan - DSXX (Dövlət Sularda Xilasetmə Xidməti)
Gəncə - MMQ

Yarımfinala vəsiqə qazanan isə XRXX - DYMX və DSXX - MMQ olub.

3-cü yer uğrunda DYMX - DSXX yarışıb və qalib komanda DYMX olub. 2-ci yeri MMQ tutub. Final uğrunda XRXX - MMQ mübarizə aparıblar. Qalib 8-1 hesabı ilə XRXX olub.

Sonda açıqlama verən İdman Sağlamlıq Klubunun rəisi, polkovnik F.Musayev yarış haqqında bunları deyib: "Elə iştirakçılar var ki, gələcəkdə Azərbaycan yıgma komandasının üzvü ola bilərlər. Yüksək nəticə göstərə bilən oyunçulardan ibarət Fövqəladə Hallar Nazirliyinin mini futbol komandasını yaradıb daxili və qismət olarsa, beynəlxalq yarışlarda iştirakına təminat yaratmaq barədə düşünürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti