...

Azərbaycanın velosiped komandası "Tour of Estonia" turnirində ilk mərhələni uğurla başa vurub

İdman Materials 30 May 2014 20:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend/

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour of Estonia" veloyürüşündə ilk mərhələni uğurla başa vurub.

Xatırladaq ki, 2 mərhələli yarışda komandamız 7 velosipedçi ilə təmsil olunur.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, paytaxt Tallindən Tartuya qədər olan 190 km məsafəni komanda üzvlərimizdən ən tez Maykl Şvayzer və Maksim Averin başa vurublar - onlar mərhələ qalibindən 1 saniyə geri qalmaqla müvafiq olaraq 3-4-cü yerləri bölüşüblər.

Sabah keçiriləcək ikinci mərhələdə iştirakçılar 150 km məsafə qət etməlidirlər.

Qeyd edək ki, Estoniya turunda ümumilikdə 12 komanda iştirak edir ki, bunlardan 2-si Pro Kontinental, 6-sı Kontinental, 4-ü isə milli komandadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti