...

Bakıda bədii gimnastika üzrə ХХХ Avropa çempionatının rəsmi açılışı keçirilib (FOTO) (VİDEO)

İdman Materials 13 İyun 2014 18:12
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatının rəsmi açılışı keçirilib.
Bakıda bədii gimnastika üzrə ХХХ Avropa çempionatının rəsmi açılışı keçirilib (FOTO) (VİDEO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatının rəsmi açılışı keçirilib.

Trend-in məlumatına görə, komandalar bayraqlarla səhnəyə daxil olub, Azərbaycanın Dövlət himni səsləndirilib.

Açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Avropa Gimnastika Federasiyasının prezidenti Jorj Qelzek çıxış ediblər. J.Qelzek turniri açıq elan edib.

Daha sonra parlaq şou başlayıb.

Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti