...

Patrik Hikki: Milli Gimnastika Arenası Avropa çempionatından sonra gözəl bir gimnastika ənənəsinin varisi olacaq (ƏLAVƏ OLUNUB)

İdman Materials 13 İyun 2014 17:53 (UTC +04:00)
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu gün Bakıda rəsmi açılışı olan bədii gimnastika üzrə ХХХ Avropa çempionatının bütün iştirakçılarına uğurlar arzulayıb.
Patrik Hikki: Milli Gimnastika Arenası Avropa çempionatından sonra gözəl bir gimnastika ənənəsinin varisi olacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir A.Bədəlova/

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu gün Bakıda rəsmi açılışı olan bədii gimnastika üzrə ХХХ Avropa çempionatının bütün iştirakçılarına uğurlar arzulayıb.

Trend-in məlumatına görə, P.Hikki çıxışında deyib: "Bakıda keçirilən bədii gimnastika üzrə 30-cu Avropa çempionatının açılış mərasimində çıxış etməkdən çox məmnunam. Möhtərəm birinci xanım! Sizin, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olmağınızla yanaşı, 2015-ci ildə Bakıda keçiriləcək bizim ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə başçılıq etməyiniz Avropa Olimpiya Komitəsi üçün böyük şərəfdir. Düz bir ildən sonra 19 idman növü üzrə Avropanın 6 mindən artıq idmançısının ilk dəfə keçirilən Avropa Oyunlarında iştirak etmək məqsədilə Bakıda toplaşması tarixi bir hadisəyə çevriləcək".

O, qeyd edib ki, 2015-ci ilin Avropa Oyunları zamanı gimnastikanın 6 növü üzrə yarışları qəbul edəcək bu möhtəşəm, yeni, ixitisaslaşdırılmış məkan bədii gimnastika üzrə Avropa çempionatından sonra sözün əsl mənasında gözəl bir gimnastika ənənəsinin varisi olacaq: "Bu gözəl arenanın vaxtında hazır olub ərsəyə gəlməsində əməyi olan hər bir kəsi - xüsusilə də gənclər və idman naziri Azad Rəhimovu təbrik edirəm. Fikrimcə, bu yarışda iştirak edəcək 250-yə yaxın idmançı özlərinə məxsus bacarıqlarını nümayiş etdirmək üçün bundan yaxşı məkan düşünə bilməzdi. Qeyd edim ki, Avropa Olimpiya Komitəsinin prezidenti olaraq, istənilən idman növü üzrə Avropa çempionatını izləyəndə, həmişə böyük qürur hissi keçirirəm".

Komitə rəhbəri bildirib ki, Avropa ənənəvi olaraq qüvvətli bir idman qitəsidir: "Bəxtimiz gətirib ki, ən istedadlı idmançıların bir neçəsi bizim sahillərdəndir. Onların böyük əmək və səyinin nəticəsidir ki, Avropa Olimpiya dəyərlərinə möhkəm əsaslanan lider rolunu oynamağa davam edir. Sonda bu idman bayramının bir parçası olduğum üçün sizə bir daha öz təşəkkürümü bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti