...

Bakı Avropa Gimnastika İttifaqının bayrağını Minskə verdi (VİDEO)

İdman Materials 15 İyun 2014 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E.Əliyev/

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının bağlanış mərasimində Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Belarus nümayəndə heyətinə təqdim olunub.

Trend-in məlumatına görə, bayraq Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov tərəfindən UEG-nin İcraiyyə Komitəsinin üzvü Atanios Vasilaodisə təqdim edilib. O, isə öz növbəsində, bayrağı Belarus Gimnastika Assosiasiyasının prezidenti Vladimir Karpoviçə verib. Növbəti Avropa çempionatı 2015-ci ildə aprelin 29-dan mayın 3-dək Minskdə keçiriləcək.

Qeyd edək ki, iyunun 15-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatı başa çatıb. Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparıb. Onlar 9 medal dəsti uğrunda yarışıblar.

Azərbaycan gimnastları bu çempionatda 3 medal qazanıblar.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti