...

Üzgüçülük üzrə Azərbaycan açıq yay çempionatının qalibləri müəyyənləşib (FOTO)

İdman Materials 23 İyun 2014 12:52 (UTC +04:00)
Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə Azərbaycan Respublikasının açıq yay çempionatı başa çatıb.
Üzgüçülük üzrə Azərbaycan açıq yay çempionatının qalibləri müəyyənləşib (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə Azərbaycan Respublikasının açıq yay çempionatı başa çatıb. Bu barədə Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib.

Onun sözlərinə görə, üç gün davam edən birincilikdə 3 dərəcədən yuxarı bütün yaş qruplarında 50-dən yuxarı ücgüçü iştirak edib. Turnirdə Bakı, Sumqayıt və Naxçıvandan olan idmançılardan başqa Rusiyanın Sankt-Peterburq şəhərinin "Ekran" üzgüçülük klubunun və Ukraynanın Doneçk Olimpiya İdman Klubunun üzgüçüləri də qüvvələrini sınayıblar.

Azərbaycan Üzgüçülük Federasiyasın verdiyi məlumata görə 50-100 və 200 metrlik məsafədə brass üzmə üsulunda Ukraynalı idmançı Anton Jeltukov hamıdan üstün olub. 200 metr qarışıq üsulla üzmədə isə Jeltukov ikinci yerə layıq görülüb.

"Neftçi" İdman Cəmiyyətinin üzvü Boris Kirilov isə 50-100 metr məsafədə sərbəst, 50-100-200 metrlik məsafədə arxası üstə, 200 metr məsafədə isə qarışıq üzmə üsulunda turnirin qalibi olub.

"Neftçi" İdman Cəmiyyətinin daha iki üzvü Roman və Dmitriy Saley qardaşları isə 200-400 metr məsafədə sərbəst üsul, 100 metr məsafədə delfin üsulu üzrə üzmədə birinci pillənin sahibi olublar.

Qızlarda isə "Sərhədçi" İdman Cəmiyyətinin üzvü Alkərimova Fatimə 50-200 metr məsafədə sərbəst üsul üzrə, 100-200 metr məsafədə brass üzmə üsülü üzrə birinciliyin qalibi olub.

Təhsil İdman Cəmiyyətini təmsil edən Yulya Tsistyuk isə 50-100-200 metr məsafədə arxası üztə, 100 metrdə baterfley üsulu ilə, 200 metrdə isə qarışıq üsulla üzmədə birinci yerin qalibi olub.

Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə keçirilmış açıq yay çempionatının sonunda qaliblər diplomlar və medallarla təltif ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti