...

Braziliya alman bombardmançılara təslim oldu: antirekord təzələndi (ƏLAVƏ OLUNUB)

İdman Materials 9 İyul 2014 02:52 (UTC +04:00)
Bu gün Braziliyada təşkil olunan dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib.
Braziliya alman bombardmançılara təslim oldu: antirekord təzələndi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Bu gün Braziliyada təşkil olunan dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə Braziliya-Almaniya qarşıdurması baş tutub.

Oyunun birinci hissəsində əzmkar Braziliya komandası alman maşını qarşısında diz çöküb. 29 dəqiqə ərzində Almaniya yığması Braziliyanın qapısından 5 cavabsız top keçirib: Müller, 11 (0:1), Kloze, 23 (0:2), Kros, 24 (0:3), 26 (0:4), Xedira, 29 (0:5).

Bombardman ikinci hissədə də davam edib: Şürrle, 69 (0:6), 79 (0:7).

90-cı dəqiqədə isə Oskar braziliyalıların təsəlli qolunu vurub - 1:7.

Xatırladaq ki, braziliyalılar bundan əvvəl ən böyük hesablı məğlubiyyəti 1920-ci ildə Uruqvay yığmasından almışdı - 0:6.

Qeyd edək ki, digər yarımfinal görüşündə Hollandiya və Argentina yığmaları üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti