...

Azərbaycanda çimərlik futbolu üzrə superliqa yarışı keçirirlib (FOTO)

İdman Materials 30 İyul 2014 14:47
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubundan Trend-ə verilən məlumata görə, 9 müxtəlif komandanın qatıldığı oyunda ilk 4-lük müəyyən olunub və həmin komandalar finala vəsiqə qazanıb. Finalda həmin 4 komanda bir-biri ilə bir dəfə oyun keçirib.
Azərbaycanda çimərlik futbolu üzrə superliqa yarışı keçirirlib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Azərbaycanda çimərlik futbolu üzrə superliqa yarışı keçirirlib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubundan Trend-ə verilən məlumata görə, 9 müxtəlif komandanın qatıldığı oyunda ilk 4-lük müəyyən olunub və həmin komandalar finala vəsiqə qazanıb. Finalda həmin 4 komanda bir-biri ilə bir dəfə oyun keçirib.

Yekunda ən çox xal yığan "Fənərbağça" komandası Azərbaycan super liqasının qalibi adına layiq görülüb, eyni zamanda, Azərbaycanı Avroliqa oyununda təmsil etmək haqqı qazanıb. İkinci yerə isə FHN-in İdman Sağlamlıq Klubu layiq görülüb. 3-cü yerin sahibi "TT Standart Bank" olub.

Oyunun baş hakimi AFFA-nın nümayəndəsi Əfqan Həmzəyev olub.

Qeyd edək ki, yarışda aşağıdakı komandalar iştirak edib:

Şüvəlan bələdiyysi
Mərdəkan bələdiyyəsi
TT Standart Bank
Fövqəladə Hallar Nazirliyi
"Qələbə" klubu
"Fənərbağça" klubu
"Şuşa" FK
"Misterfix" şirkəti
Sabirabad rayon İcra Hakimiyyəti

Oyunlar AFFA, ACFF və SFF-nin birbaşa təşkilatçılığı ilə keçirilib.

Qalib gələn iştirakçılara kubok, medal, fəxri fərmanlar təqdim edilib. İlk 3-lüyə isə 3000, 2000 və 1000 manat dəyərində pul mükafatı verilib. Eyni zamanda, hər 3 yerin qalibi Respublika kubokunun final mərhələsində birbaşa iştirak üçün vəsiqə qazanıb. Həmçinin nominasiyalar müəyyən olunub.

Sonda baş hakim Ə.Həmzəyev Fövqəladə Hallar Nazirliyinin komandasının qısa zamanda komanda yaradaraq yüksək səviyyədə oyun nümayiş etdirməsi münasibətilə rəhbərliyinə minnətdarlığını bildirib. Komandanın gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını bildirib.

FHN-in İdman Sağlamlıq Klubunun komanda nümayəndəsi Orxan Mansurov 2-ci yeri qənaətbəxş hesab etsə də, əsas amallarının 1-cilik olduğunu gizlətməyib: "Komandamız həqiqətən də əzmkarlıq nümayiş etdirdi. 2-ci yeri də qələbə hesab etmək olar. Uğurlarımız davamlı olacaq".

Qeyd edək ki, FHN-in komandasından aşağıdakı iştirakçılar seçilərək müxtəlif nominasiyalar üzrə qiymətləndiriliblər:

Vaqif Şirinbəyov - turnirin ən güclü qapıçısı
Allahquliyev Sabir - ən güclü hücumçu
Orxan Məmmədov - ən güclü yarımmüdafiəçi
Əli Hüseynov - ən güclü oyunçu

FHN-in İdman Sağlamlıq Klubunun rəisi Füzuli Musayev komandanın iştirakçıları ilə görüş keçirərək uğurlarına görə hər birini təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti