...

AFFA rəhbərliyi "Qarabağ"ı meydanda dəstəkləyəcək

İdman Materials 6 Avqust 2014 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

AFFA rəhbərliyi "Qarabağ"ın oyununda iştirak edəcək.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ı dəstəkləmək üçün Zalsburqa gedib.

Qeyd edək ki, "Qarabağ" - "Zalsburq" görüşü bu gecə Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Komandaların ilk oyunu təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti