Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Elmaq İlqaroğlu/
"Qəbələ" qarşılıqlı razılaşma əsasında yarımmüdafiəçi Nizami Hacıyevlə yollarını ayırıb. Bu barədə Trend klubun rəsmi saytına istinadən məlumat yayıb.
Qeyd edək ki, 2013-2014 mövsümündən "Qəbələ"də oynayan N.Hacıyev sözügedən klubda son rəsmi matçına Avropa Liqasında "Şiroki Briyeq" komandasına qarşı keçirib.