...

Azad Rəhimov AŞ baş katibinin müavini ilə Bakı 2015-i müzakirə edib (FOTO)

İdman Materials 3 Sentyabr 2014 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Avropa Şurası baş katibinin müavini Qabriela Battaini-Draqonini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş çərçivəsində nazir Azad Rəhimov 2015-ci ildə Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə bağlı məlumatlar verib. Eyni zamanda, nazir Azərbaycan Respublikasının Avropa Şurasında sədrliyi dövründə həyata keçiriləcək bir sıra tədbirlər haqqında da qonağı məlumatlandırıb.

Bununla yanaşı, 1-5 oktyabrda Qəbələdə keçiriləcək Avropa Şurasının "Nifrət nitqinə yox" kampaniyasının beynəlxalq forumu və 28-30 oktyabr tarixlərdə Bakı şəhərində keçiriləcək Gənclər siyasəti üzrə Qlobal Gənclər Forumu da qonaqla müzakirə edilib.

2014-cü ilin sentyabr ayında İsveçrənin Makkolin şəhərində keçiriləcək Avropa Şurasının idmana məsul nazirlərinin növbəti görüşünün mövzuları ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti