Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası Avro-2015-in seçmə mərhələsində növbəti oyununu keçirib.
Trend-in məlumatına görə, milli komandamız Bakıda İsrail yığmasını qəbul edib.
Millimiz Ağabala Ramazanov və Rəhman Hacıyevin qolları ilə fasiləyə üstün yollanıb - 2:0. 87-ci dəqiqədə futbolçularımız oyunda son nöqtəni qoyub - 3:0.
Bununla da yığma komandamız qrupda keçirdiyi 7 oyundan 7 xalla 4-cü sırada qərarlaşıb.
Qeyd edək ki, millimiz İsrailə səfər oyununda 2:7 hesabı ilə məğlub olmuşdu.