...

Azərbaycan güləşçiləri dünya çempionatında daha 2 medal qazanıblar

İdman Materials 12 Sentyabr 2014 19:44 (UTC +04:00)
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.
Azərbaycan güləşçiləri dünya çempionatında daha 2 medal qazanıblar

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın beşinci günündə 63 kq çəki dərəcəsində qadın güləşçilər, 75 və 85 kq çəki dərəcəsində isə yunan-Roma güləşçiləri yarışırlar.

75 kq çəki dərəcəsində güləşən Elvin Mürsəliyev ilk görüşdə məğlub olsa da, rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılıb. Bu zaman ardıcıl olaraq Avstriya güləşçisi Florian Marçili və Meksikadan Xuan Eskobarı tam üstələyərək bürünc medal şansı əldə edib.

Həlledici görüşdə E.Mürsəliyev Gürcüstan idmançısı Zurabi Datunaşvili ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma güləşçimizin xeyrinə başa çatıb və E.Mürsəliyev dünya çempionatının bürünc medalına sahib olub.

63 kq

1/8 final - Raqnetta Qurbanzadə (Azərbaycan) - Johansson (SWE) 0:11

75 kq

1/16 final - Elvin Mürsəliyev - Arsen Culfalakyan (Ermənistan) 0:9
Təsəlliverici görüş - Elvin Mürsəliyev - Florian Marçil (Avstriya) 5:0 (təmiz qələbə)
Təsəlliverici görüş - Elvin Mürsəliyev - Xuan Eskobar (Meksika) 4:1
Bürünc medal görüşü - Elvin Mürsəliyev - Zurabi Datunaşvili (Gürcüstan) 1*:1

85 kq çəki dərəcəsində təmsilçimiz, ötənilki dünya çempionatının gümüş medalçısı Saman Təhmasibi isə finala qədər inamla güləşib. Ardıcıl olaraq Almaniyadan Ramsin Azizsir, Çindən Lianq Konq, Gürcüstan təmsilçisi Vladimer Qeqeşidze, yarımfinalda isə Ukrayna güləşçisi Jan Belenyuku mübarizədən kənarlaşdırıb və finala yüksəlib.

Trend-in məlumatına görə, finalda güləşçimizin rəqibi Fransa idmançısı Melonin Noumonvi olub. Təmsilçimiz gümüş medalla kifayətlənib.

85 kq

1/16 final - Saman Təhmasibi - Ramsin Azizsir (Almaniya) 3:2
1/8 final - Saman Təhmasibi - Lianq Konq (Çin) 2:0
1/4 final - Saman Təhmasibi - Vladimer Qeqeşidze (Gürcüstan) 4:0
1/2 final - Saman Təhmasibi - Jan Belenyuk (Ukrayna) 4:0
FİNAL - Saman Təhmasibi - Melonin Noumonvi (Fransa) 0:3

Xatırladaq ki, bu gün dünya çempionatında qadın güləşçilərin mübarizəsi yekunlaşır. Qadın güləşçilərin yarışında təmsilçilərimiz Yuliya Ratkeviç (60 kq) gümüş və Mariya Stadnik (48 kq) bürünc medal qazanıblar.

Bundan əvvəl isə sərbəst güləşçilərimiz çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti