Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
Azərbaycan milli komandasının baş məqşçisi Berti Foqts İtaliyada "İnter" - "Qarabağ" oyununu izləyəcək.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 2-də, yerli vaxtla saat 21:05-də, Milan şəhərindəki "Cüzeppe Meazze" stadionunda "Qarabağ" İtaliyanın "İnter" klubu ilə qarşılaşacaq. B.Foqts bu oyunu izləyəcək.