Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
İngiltərənin "Çelsi" klubunun və Nigeriya yığmasının futbolçusu Con Obi Mikel jurnalisti təpikləyib.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, insident ötən gün Nigeriya yığmasının məşq prosesində baş verib. Yerli radioşirkətin jurnalisti futbolçudan müsahibə götürmək istəyərkən əks tərəfin zorakılığı ilə qarşılaşıb. Belə ki, C.Mikel jurnalistin qarın nahiyəsinə təpiklə zərbə endirib.
Qeyd edək ki, Nigeriya yığması Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində Sudana səfərdə minimal hesabla uduzub. Komanda evdə 3:1 hesabı ilə qalib gəlsə də, yerli KİV yığma üzvlərini və baş məşqçini tənqid atəşinə tutub.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin