...

FIFA üzvləri DÇ seçkiləri ilə bağlı istintaqa cəlb olunublar

İdman Materials 27 Noyabr 2014 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

FIFA İcraiyyə Komitəsinin üç üzvü 2018-ci və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçilməsi üzrə işlə bağlı aparılan təhqiqatla əlaqədar istintaqa cəlb olunub. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

Britaniya KİV yazır ki, İcraiyyə Komitəsinin üzvləri ispan Anxel Mariya Vilyar Liona, belçikalı Mişel D`Oqe və Tailandın nümayəndəsi Voravi Makudi seçkilərin gedişində FIFA-nın etika məcəlləsini pozmaqda şübhəli bilinirlər.

Qeyd edək ki, noyabrda FIFA Etika Komitəsinin Hüquq şöbəsinin yekun hesabatını dərc edib. Hesabat 2018-ci və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarına ev sahibliyi üçün Rusiya və Qətərin seçilməsi üzrə keçirilən səsvermə prosedurunda pozuntu aşkar etməyib.

Habelə təşkilatın Etika Komitəsinin İstintaq şöbəsinin rəhbəri Maykl Qarsiya komitənin qərarından şikayət etmək niyyətindədir. Təhqiqat aparan M.Qarsiyanın fikrincə, hesabat bir sıra qeyri-dəqiqliklərə malikdir.

Xatırladaq ki, DÇ-2018 Rusiyada, DÇ-2022 isə Qətərdə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti