Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Məftun Salmanov/
Azərbaycan və Türkiyədən bir neçə klub Ukrayna millisinin keçmiş futbolçusu Aleksandr Əliyevə maraq göstərirlər.
Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata əsasən, A.Əliyev bu günlərdə "Anji" ilə müqaviləni qarşılıqlı əsasda pozub.
Futbolçu yeni klub axtarışındadır. Hazırda o, 2005-2013-cü illərdə fasilələrlə çıxış etdiyi Kiyev "Dinamo"sunun düşərgəsindədir.