...

Boksçularımız Avropa Oyunlarına hazırlaşırlar

İdman Materials 11 Fevral 2015 16:43 (UTC +04:00)
Fevralın 24-dən 28-dək Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri keçiriləcək.
Boksçularımız Avropa Oyunlarına hazırlaşırlar

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Fevralın 24-dən 28-dək Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja" turniri keçiriləcək.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, sayca 66-cı dəfə təşkil olunacaq yarışda kişilər 10, qadınlar isə 5 çəki dərəcəsi üzrə gücünü sınayacaq. Milli komandamız həm kişilərin, həm də qadınların turnirində çıxış edəcək.

Məşqçilər Nəriman Abdullayev, Lazaro Ximenes Martines və Natiq Aslanovun rəhbərliyi altında Hacıbaba Fərziyev (49 kq), Araz imaməliyev (52 kq), Elvin İsayev (60 kq), Lorenzo Sotomayor (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Vətən Hüseynli (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlı (+91 kq) mübarizə aparacaqlar.

Qadınların turnirində Şamil Məhəmmədbəyov və İvan Yuşenkonun rəhbərliyi altında Yelena Vıstropova, Anna Əlimardanova, Yana Alekseyeva və Anaxanım Ağayeva iştirak edəcəklər.

Turnirdə ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edəcəklər.

Qeyd edək ki, yarış Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti