...

Dünya çempionatı ilk dəfə payızda keçiriləcək

İdman Materials 24 Fevral 2015 15:20 (UTC +04:00)
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının vaxtı müəyyənləşib.
Dünya çempionatı ilk dəfə payızda keçiriləcək

Azərbaycan, Bakı, 24 fevral /Trend/

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının vaxtı müəyyənləşib.

Trend-in FIFA-nın saytına istinadən verdiyi məlumata görə, bu mundialın oyunları dünya futbolu tarixində ilk dəfə olaraq noyabr-dekabr aylarında keçiriləcək. Bununla bağlı qərar FIFA-nın bu gün Qətərin paytaxtı Dohada keçirilən iclasında verilib.

6 konfederasiyanın bu qərara dəstək verdiyi bildirilir.

İlkin məlumata görə, DÇ-2022-nin final oyunun dekabrın 23-də keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, dünya çempionatının oyunları həmişə yay aylarında keçirilib.

Xəbər lenti

Xəbər lenti